XİN: Azərbaycanın ATƏT-in Bakı Ofisinin fəaliyyəti ilə bağlı sualları var

XİN: Azərbaycanın ATƏT-in Bakı Ofisinin fəaliyyəti ilə bağlı sualları var
# 23 mart 2013 13:28 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, buna səbəb ATƏT-in Bakı Ofisi ilə bağlı Azərbaycan tərəfinin suallarının olmasıdır: “Bizim mövqeyimiz konkret və aydındır. ATƏT-in Bakı Ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var və təşkilatın üzvü kimi, ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib. Prosedurlara əsasən, məktub bütün üzv-dövlətlər arasında yayılır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq və ya dondurmaq niyyətindədir. Burda qeyri-adi heç nə yoxdur, hər şey ATƏT-in prinsip və normaları çərçivəsində edilir”.

E. Abdullayev Azərbaycan tərəfinin ATƏT-in Bakı Ofisi ilə bağlı suallarının nədən ibarət olduğunu konkret açıqlamasa da, bu məsələnin ATƏT-in baş katibi Lamberto Zannyerin Azərbaycana səfər zamanı da müzakirə olunduğunu qeyd edib.

XİN sözçüsü əlavə edib ki, ATƏT Azərbaycanın müraciətinə hələlik cavab verməyib.

Qeyd edək ki, belə bir təcrübə artıq Gürcüstanda olub. ATƏT-in Tbilisi Ofisi 2008-ci ildə fəaliyyətini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR