Azərbaycanda mənzillərdə məişət tullantılarına görə ödəniş ləğv edilib
17 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
“APA-Economics”in xəbərinə görə, yeni qərara əsasən adı çəkilən qərarın 2 nömrəli əlavəsində - “Əhali üçün kommunal xidməti tarifləri”nin “Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 1 ayda 700” sözləri ləğv edilib.
Qərar imzalandığı gündən qüvvəyə minib. Bu qərara qədər Azərbaycanda məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ayda adambaşına 0,14 AZN təşkil edib.

Sosial
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verib - YENİLƏNİB
15:40
12 may 2024
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
15:26
12 may 2024
DIM-in elektron imtahanlar korpusunda dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib - YENİLƏNİB
15:08
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024