Azərbaycanda mənzillərdə məişət tullantılarına görə ödəniş ləğv edilib

Azərbaycanda mənzillərdə məişət tullantılarına görə ödəniş ləğv edilib
# 17 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

APA-Economics”in xəbərinə görə, yeni qərara əsasən adı çəkilən qərarın 2 nömrəli əlavəsində - “Əhali üçün kommunal xidməti tarifləri”nin “Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 1 ayda 700” sözləri ləğv edilib.

Qərar imzalandığı gündən qüvvəyə minib. Bu qərara qədər Azərbaycanda məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ayda adambaşına 0,14 AZN təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR