Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 1 milyon 480 min dollar artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait son bir ayda 1 milyon 480 min dollar artıb
# 01 noyabr 2012 13:56 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 1-i tarixinə Fondun manat hesabına yığılmış vəsaitin məbləği 32532507 manat (1159729 manat artım), ABŞ dolları hesabındakı vəsait 202791 dollar (3000 dollar artıb), avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Ümumilikdə Fondun vəsaitləri 41 milyon 651 min 358 ABŞ dollarıdır.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR