Rusiyanın Reqnum informasiya agentliyinin ofisində axtarış aparılıb

Rusiyanın Reqnum informasiya agentliyinin ofisində axtarış aparılıb
# 10 avqust 2012 18:50 (UTC +04:00)
Bakı-APA. Moskva polisi Reqnum informasiya agentliyinin ofisində axtarış aparıb, bir neçə işçiləri dindirib və bəzi sənədləri müsadirə edib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu tədbirlər Latviya hüquq-mühafizə orqanlarının rəsmi müraciəti əsasında aparılıb.
Bir qədər əvvəl Latviya Reqnum agentliyinin baş redaktoru, Rusiya hökumətinin sabiq məmuru Modest Kolerovu və onun mavini İqor Pavlovskini “persona non-qrata“ elan edib. Latviya Xarici İşlər Nazirliyi bildirib ki, bu şəxslər Latviya ərazi bütövlüyü və iqtisadi təhlükəsizliyi daxil olmaqla Latviya dövlətinin maraqlarına qarşı gizli fəaliyyətlə məşğul olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR