Azərbaycan ilin sonuna «Euro-3» standartının tam tətbiqinə başlayacaq

Azərbaycan ilin sonuna «Euro-3» standartının tam tətbiqinə başlayacaq
# 23 oktyabr 2012 12:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycan «Euro-3» yanacaq standartının tam tətbiqinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, artıq «Euro-3» standartının avtomobillərə aid olan hissəsi tətbiq edilib. Bu standartın yalnız yanacaq məhsulları ilə bağlı hissəsi qalıb ki, bu da cari ilin sonuna kimi tətbiq olunacaq.

Sədr bildirib ki, hər bir Avro standartına keçid 1 mlrd. dollara yaxın vəsait tələb edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR