Bank Of Baku

Azərbaycanla Mavritaniya arasında iki rəsmi sənəd imzalanıb

Azərbaycanla Mavritaniya arasında iki rəsmi sənəd imzalanıb
# 09 aprel 2010 12:13 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xaric işlər naziri Elmar Məmmədyarov Mavritaniya İslam Respublikasının xarici işlər və əməkdaşlıq naziri, xanım Naha Mint Muknassı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda ilk dəfə olmasından məmnunluğunu dilə gətirən xanım Muknass Mavritaniya-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, bütün sahələrdə münasibətlərin daha da intensivləşdirilməsi üçün geniş imkanların olduğunu söyləyib.

E. Məmmədyarov isə Azərbaycan və Mavritaniyanın beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif məsələlərdə birgə mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayaraq bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsi zamanı Azərbaycanı ədalətli mövqeyinin Mavritaniya tərəfindən dəstəklənməsinin zəruriliyini bildirib.

Görüşün sonunda hər iki nazir “Azərbaycan Respublikası hökuməti və Mavritaniya İslam Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mavritaniya İslam Respublikasının Xarici İşlər və Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol” imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR