Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlanıb
# 16 iyul 2015 13:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4867,7 min nəfər olub, onlardan 4631,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il iyunun 1-ə muzdla işləyənlərin sayı 1505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 875 min nəfər, qeyri-dövlət bölməsində isə 630,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 35,3 min nəfər, qeyri-neft sektorunda isə 1470,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək

fəaliyyəti ilə məşğul olanlar 1461,4 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8%-i məhsul istehsalı sahələrində, onlardan 6,7%-i tikintidə, 6,5%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3%-i mədənçıxarma sənayesində, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,4%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu il iyul ayının 1-ə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 38,8%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 243,4 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR