Ayətullah Xamneyi: “Qərbin İranın öz raket proqramını məhdudlaşdıracağını gözləməsi axmaqlıqdır” - FOTOSESSİYA

Ayətullah Xamneyi: “Qərbin İranın öz raket proqramını məhdudlaşdıracağını gözləməsi axmaqlıqdır” - <span style="color: red;">FOTOSESSİYA
# 12 may 2014 11:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri Qərbin bu ölkənin raket proqramını məhdudlaşdıracağı ilə bağlı gözləntisini axmaqlıq adlandırıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, ayətullah Seyid Əli Xamneyi bildirib ki, Qərb ölkələrinin İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin getdiyi bir ərəfədə rəsmi Tehrandan özünün raket proqramını da məhdudlaşdırması ilə bağlı gözləntiləri var: “Ona görə də İrana qarşı davamlı olaraq təhdidlər səsləndirirlər. Ancaq belə bir şeyi gözləmək axmaqlıqdan başqa bir şey deyil”.

O, İran rəsmilərinə xarici siyasətdə və beynəlxalq mübadilələrdə bütün yaradıcılıqları və səylərini işə salmağı tövsiyə edib: “Ancaq İranın ehtiyaclarını və sanksiya kimi bəzi məsələləri müzakirəyə bağlamasınlar, bu məsələləri digər yollarla həll etsinlər”.

Ayətullah Xamneyi Qərbin İran xalqı ilə düşmənçiliyinin başlıca səbəbinin istiqlal, İslam və Quranla bağlı olduğunu söyləyib: “İslam və Quran müsəlman xalqlarını öz ayaqları üstə durmağa, islami və insani mahiyyətə söykənməyə, Allah-təalaya nikbin olmağa və beynəlxalq zülm qarşısında müqavimət göstərməyə dəvət edir. Ona görə də İran xalqı İslama, Qurana və öz ali ideyalarına sadiq qaldığı müddətcə hegemon qüvvələrin düşmənçilikləri də davam edəcək. Onlar İran xalqını təslim olmağa və geri çəkilməyə məcbur etməyə çalışır. Amma heç bir vəchlə bu hədəflərinə nail ola bilməyəcəklər”.

Qeyd edək ki, İranın ali dini lideri mayın 11-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Hərbi Hava Qüvvələrinin yeni nailiyyətləri - pilotsuz təyyarələr, habelə gəmilər, ballistik raketlər və raket əleyhinə müdafiə sistemlərinə qarşı qurğular və lokatorların nümayiş etdirildiyi sərgiyə baxış keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR