Gəncədə ana və azyaşlı oğlunu maşın vurub - VİDEO

Gəncədə ana və azyaşlı oğlunu maşın vurub - <span style="color: red;">VİDEO
# 10 may 2014 08:11 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 22 yaşlı Vüqar Yusibov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə yolu keçmək istəyən Daşkəsən rayon sakini, 37 yaşlı Xavər Əsgərova və onun 6 yaşlı oğlu Əli Məmmədovu vurub.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və oğlunun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR