Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb, 3 hərbçi şəhid olub, 4 hərbçi yaralanıb - YENİLƏNİB - SİYAHI - VİDEO

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb, 3 hərbçi şəhid olub, 4 hərbçi yaralanıb - <span style="color: red;">YENİLƏNİB - SİYAHI  - <span style="color: red;">VİDEO
# 08 aprel 2014 06:58 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.

***

saat 09.13

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub.

Ordumuzun daha bir neçə hərbçisinin ağır yaralandığı bildirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR