Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş erməni sürücünün həbs müddəti uzadılmayıb

Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş erməni sürücünün həbs müddəti uzadılmayıb
# 20 iyun 2014 16:12 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Moskva şəhər məhkəməsinin Rəyasət Heyəti Tver məhkəməsinin hakimi Yelena Staşinanın 2013-cü il 13 dekabr tarixli qərarında pozuntu aşkar edib və bu üzdən də materialları yenidən araşdırmaya göndərib.

Xatırladaq ki, ötən il iyulun 13-də Moskvanın Troitsk administrativ dairəsində yüklə dolu “KamAZ” markalı yük maşını sərnişin avtobusu ilə toqquşub. Yük maşının sürücüsü, milliyyətcə erməni olan Q.Arutyunyanın yol qaydaları kobudcasına pozması nəticəsində 18 nəfər ölüb, 60 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR