«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb - FOTO

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb - <span style="color: red;">FOTO
# 20 sentyabr 2013 16:28 (UTC +04:00)

Bakı – APA. «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.

APA-nın xəbərinə görə, 20 sentyabr - Neftçilər Günündə işıq üzü görən 180 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 19 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

1994-cü il sentyabrın 20-də Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması xüsusi buraxılışın ana xəttini təşkil edir.

Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 19 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır.

Xüsusi buraxılış ümumilikdə Azərbaycan Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR