Bakıda kişi həyat yoldaşını döyərək öldürüb - VİDEO

Bakıda kişi həyat yoldaşını döyərək öldürüb - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 08:20 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Çiçək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Günel Aslan qızı Məmmədovanı döyərək ağır bədən xəsarətləri yetirib.

G. Məmmədova bu gün səhər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən Ə. Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR