Xaçmazda baş verən yol qəzasında  1 nəfər dünyasını dəyişib

Xaçmazda baş verən yol qəzasında  1 nəfər dünyasını dəyişib
# 03 iyun 2013 21:54 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Dünən Xaçmazda “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

Dünən axşam saatlarında Xudat-Yalama yolunun 5-ci km-də, Xaçmaz rayonunun Ləcət kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. 22 yaşlı Xudat şəhər sakini Camal Hüseynovun idarə etdiyi 99 BL 255 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil Yalamadan Xudat istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq ikiyə bölünüb və alışıb. Zərbənin gücündən sürücü avtomobildən kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Dərhal əraziyə FHN-nin Xaçmaz DYMH-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb, alovun meşə massivinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı sürücü avtomobildə tək olub. Qəzaya uğrayan avtomobilin sürücüyə məxsus olmadığı bildirilir. İlkin ehtimala görə, hadisə yüksək sürət səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR