Bu il Bakıda daha bir neçə köhnə ATS-in NGN texnologiyasına keçirilməsi planlaşdırılır

Bu il Bakıda daha bir neçə köhnə ATS-in NGN texnologiyasına keçirilməsi planlaşdırılır
# 09 yanvar 2014 14:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu il ərzində paytaxtdakı köhnə tipli elektron ATS-ləri NGN texnologiyasına keçirəcək.

«APA-Economics»in RİTN-ə istinadən verdiyi məlumata görə, BTRİB-in texnika üzrə baş mütəxəssisi Elman Qədirov bildirib ki, ötən ilin sonunadək Qaradağ rayonunun bütün kiçik ATS-ləri NGN texnologiyasına keçirilib.

«Dekabrın sonunda artıq Müşfiq, Qobustan, Ələt, Şıxlar, Ümid, Umbakı, Buta, Korgöz, Qızıldaş qəsəbələrində mövcud olan 160-4000 nömrə tutumlu köhnə DMS, KVANT tipli ATS-lərin NGN texnologiyasına keçirilməsi üzrə işləri başa çatdırmışıq. Bu il isə 428/429, 477/478, 432 ATS-ləri NGN texnologiyasına keçirməyi planlaşdırmışıq», - deyə E.Qədirov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR