«Bolkart» sahibləri üçün nağdlaşdırma kampaniyası keçirilir

«Bolkart» sahibləri üçün nağdlaşdırma kampaniyası keçirilir
# 17 dekabr 2013 12:52 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC Yeni il ərəfəsində vətəndaşların nağd pula ehtiyacını ödəmək məqsədilə «Bolkart» sahibləri üçün nağdlaşdırma kampaniyasına başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, dekabrın 17-31-də kartdan pul çıxaran «Bolkart» sahibləri, martın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırılmış vəsaitin martın 10-dək ödənilməyən hissəsi üçün hər ay 2,5% ödəməklə ödəniş etmək mümkündür. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilər.

Qeyd edək ki, nağdlaşdırmaya görə komissiya haqqı 5%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR