AMEA-nın Fiziologiya İnstitutuna yeni direktor təyin edilib

AMEA-nın Fiziologiya İnstitutuna yeni direktor təyin edilib
# 12 fevral 2014 15:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutuna yeni direktor təyin edilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutun direktoru vəzifəsinə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, geologiya üzrə elmlər doktoru Ulduz Həşimova gətirilib.

İnstitutun Elmi Şurasının iclasında yeni direktor təqdim edilib. İclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun prioritet elmi istiqamətlərinin müəyyənləşməsi, bu istiqamətdə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən söhbət açıb. A.Əlizadə institutun yeni binasının tikilməsi, kadr potensialının yüksək səviyyədə hazırlanması və s. istiqamətlərdə görüləcək işlərdən də bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR