Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 10 aprel 2014 13:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 66.5 və 228.1. maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Asif Dilavər oğlu Şirinxuba atası Dilavər Həmid oğlu Şirinxubun göndərdiyi bağlamaya baxış keçirilən zaman “Şəki halvası” qutusunun içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd “Nokia” markalı mobil telefon aparatları, 2 ədəd danışıq kartları, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR