Azərbaycan səfiri öz etimadnaməsini Zimbabve prezidenti Robert Muqabeyə təqdim edib

Azərbaycan səfiri öz etimadnaməsini Zimbabve prezidenti Robert Muqabeyə təqdim edib
# 03 aprel 2014 15:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Zimbabve prezidenti Robert Qabriel Muqabeyə (Rober Gabriel Mugabe) təqdim edib. Azərbaycanın CAR-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, E. Poluxov R. Q. Muqabeyə Azərbaycanın Zimbabvedə ilk səfiri olmasından məmnunluğunu bildirərək fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə dair bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Azərbaycanın Zimbabve ilə müxtəlif sahələrdə təcrübəsini bölüşməyə hər zaman hazır olduğunu nəzərə çatdıran səfir, bu prosesin qarşılıqlı olmasının zəruriliyini vurğulayıb.

R. Q. Muqabe isə prezident İlham Əliyevə öz səmimi salamlarını çatdırmağı xahiş edərək ölkələr arasında münasibətlərin bundan sonra daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR