Şantaj yolu ilə qadından qızıllarını alan Saatlı rayon sakini tutulub

Şantaj yolu ilə qadından qızıllarını alan Saatlı rayon sakini tutulub
# 02 sentyabr 2013 12:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda şantaj yolu ilə qadından qızıl və pul istəyən şəxs həbs edilib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 29-da Xəzər rayonu Buzovna qəsəbə sakini Rəna Dolu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Elçin Əsgərov adlı şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3.000 manat dəyərində qızıl əşyalarını aldığını və sonradan yenidən hədələyib 2.000 manat pul istədiyini bildirib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 1840 manat pulu R.Doludan alarkən tutulub. Onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Həsənov olması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR