Araz Əzimov: “Beynəlxalq ictimaiyyətin mövqeyində ikili standartlar üstünlük təşkil edir”

Araz Əzimov: “Beynəlxalq ictimaiyyətin mövqeyində ikili standartlar üstünlük təşkil edir”
# 14 mart 2014 14:57 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Birliyinin bölgədəki münaqişələrə müxtəlif cür yanaşmasından təəccüblənir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan Diplomatik Akademiyasında çıxışında deyib. O bildirib ki, beynəlxalq ictimaiyyətin bir sıra məsələlər üzrə mövqeyində ikili standartlar üstünlük təşkil edir.

A. Əzimov AB-nin Ukraynadakı vəziyyətə reaksiyasından və 20 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinə dair dəqiq mövqeyinin hələ də olmamasından təəccübləndiyini söyləyib: “Azərbaycan Ukraynadakı böhranın sülh yolu ilə həllini gözləyir. Biz hesab edirik ki, Ukraynada sabitlik bölgədə sabitliyə təsir göstərən əsas faktordur. Ukraynada Azərbaycanın 20 ildən çox qarşılaşdığı problem hələ baş verməyib”.

Nazir müavini qeyd edib ki, ötən illər ərzində AB-nin işğal məsələsində dəqiq bəyanatları və ya addımları müşahidə olunmayıb, Azərbaycan torpaqlarının işğalına görə Ermənistana qarşı sanksiyaların tətbiqi haqda bir dəfə də olsun danışılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR