Azərbaycanla BMT aqrar sahədə əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycanla BMT aqrar sahədə əməkdaşlığı genişləndirir - <span style="color: red;">FOTO
# 02 iyun 2014 12:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Antonius Brukla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verilib və nazirliklə BMT-nin qurumları arasında mövcud əməkdaşlıq və onun gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirib, yeni inkişaf istiqamətlərinin müəyyən olunduğunu nəzərə çatdırıb. H. Əsədov taxılçılıq sahəsində əməkdaşlığın prioritet bir sahə olduğunu, ənənəvi taxıl sortları barədə məlumat bazasının yaradılmasının, qorunub saxlanılmasının, toxumçuluq bazasının yaradılmasının və ən başlıcası elektron kənd təsərrüfatı sisteminin qurulmasının vacibliyini qeyd edib.

A. Bruk keçirilən bu görüşün kənd təsərrüfatı strategiyasının hazırlandığı bir vaxta təsadüf etdiyini bildirərək bu strategiyanın hazırlanmasında müxtəlif beynəlxalq təşkilatların iştirakını müsbət qiymətləndirib. A. Bruk iki mühüm məsələ - elektron kənd təsərrüfatı sisteminin və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa dair təkliflərin hazırlanmasını, bu məqsədlə yeni görüşlərin keçirilməsini və işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.

Yekunda görüşün nəticələrinə dair protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR