Bakı Şəhər Baş Polis İdarəsinin saytında Elnur Məcidlinın axtarışda olması barədə məlumat yerləşdirilib

Bakı Şəhər Baş Polis İdarəsinin saytında Elnur Məcidlinın axtarışda olması barədə məlumat yerləşdirilib
# 01 aprel 2014 11:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidlinin axtarışda olması barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.

APA-nın BŞBPİ-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır.

Xatırladaq ki, Cinayət Məcəlləsinin bu maddəsi ilə təqsirləndirilən şəxsi beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Qeyd edək ki, E. Məcidli sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanıb. E. Məcidli hazırda Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq isə 2011-ci ildə məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının 2011-ci il iyunun 2-də dayandırıldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR