Yanukoviç Ukraynada konstitusiya islahatının keçirilməsinin tərəfdarı olduğunu bəyan edib

Yanukoviç Ukraynada konstitusiya islahatının keçirilməsinin tərəfdarı olduğunu bəyan edib
# 06 fevral 2014 19:31 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Viktor Yanukoviç ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla ölkədəki siyasi böhrandan çıxış yollarını müzakirə edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Viktor Yanukoviç Ukraynada konstitusiya islahatının tezliklə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib. Tərəflər qeyd ediblər ki, siyasi nizamlanmanın əsasında iqtidar və müxalifət arasında dialoq durmalıdır. “Ölkə siyasi böhrandan yalnız dialoq və kompromis yolu ilə çıxa bilər”, deyə Ukrayna prezidenti qeyd edib.

Yanukoviç ölkədə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı saxlanılan şəxslər tezliklə azadlığa buraxılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR