Azərbaycan yığması xorvatiyalılarla yoldaşlıq oyunundan imtina edib

Azərbaycan yığması xorvatiyalılarla yoldaşlıq oyunundan imtina edib
# 02 aprel 2014 11:15 (UTC +04:00)

Bakı – APA. Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin planları dəyişib. Apasport.az saytının məlumatına görə, komandamızın nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq.

Belə ki, millimiz Xorvatiyanın güclülər dəstəsi təmsilçisi “İstra”nın yeniyetmə komandası ilə qarşılaşmalı idi. Lakin aprelin 1-də baş tutmalı olan qarşılaşmadan az əvvəl yığmamız görüşdən imtina edib. Bunun səbəbi açıqlanmır.

Qeyd edək ki, komandamıza görə rəqibsiz qalan “İstra” günü ikitərəfli oyunla tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR