Bakıda ixrac potensiallı şirkətlər üçün təqdimat keçiriləcək

Bakıda ixrac potensiallı şirkətlər üçün təqdimat keçiriləcək
# 24 iyun 2013 12:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 25-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda ölkədə fəaliyyət göstərən və ixrac potensiallı məhsul istehsal edən şirkətlər üçün təqdimat keçiriləcək.

«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, «ABŞ-a necə ixrac etməli» mövzusunda təqdimat Azpromo-nun ABŞ-dakı nümayəndəsi tərəfindən keçiriləcək. Təqdimat zamanı Azərbaycan istehsalı olan rəqabət qabiliyyətli məhsulların ABŞ bazarına ixracı zamanı tələb olunan sənədlər, ixrac proseduraları haqqında məlumat veriləcək və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılacaq.

Tədbirdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR