İranla AEBA arasında nüvə müzakirələri başlayıb

İranla AEBA arasında nüvə müzakirələri başlayıb
# 15 may 2013 12:58 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün Vyanada İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə müzakirələri başlayıb.

APA-nın məlumatına görə, müzakirələr İranın Avstriyadakı səfirliyində keçirilir. Görüşdə İran nümayəndə heyətinə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə, qarşı tərəfə isə agentliyin icraçı direktorunun müavini Herman Nakaerts rəhbərlik edir.

H.Nakaerts müzakirələrdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, AEBA İranın nüvə proqramı ilə bağlı tərəflər arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün bu ölkə ilə dialoqu davam etdirmək niyyətindədir: “Hazırda İranla agentlik arasında fikir ayrılığı qalmaqdadır. Lakin biz fikir ayrılığının həll edilməsi üçün müzakirələrin keçirilməsində israrlıyıq. Bu istiqamət üzrə ciddi çalışacağıq. Eyni zamanda çərçivə sazişinin bütün maddələrinin razılaşdırılması və sənədin yekunlaşması üçün səy göstərəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR