Baş redaktor 7-ci sinif şagirdi olan qıza qarşı seksual hərəkətlərə yol verməsi barədə ittihamlara cavab verib - YENİLƏNİB

Baş redaktor 7-ci sinif şagirdi olan qıza qarşı seksual hərəkətlərə yol verməsi barədə ittihamlara cavab verib - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2014 17:07 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında seksual hərəkətlərə yol verməkdə ittiham edilən “Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədov deyib.

F. Əhmədovun sözlərinə görə, adının əxlaqsız hərəkətdə hallanması ona atılan böhtandır: “Rüşvəti qəbul etməyəndə həmin tələbə oğlan bir vəzifəli adamın adını çəkdi və məni hədələyəndə onu otaqdan qovdum. Bu gün “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru yanıma bir qız uşağı ilə gəldi. Dedi, qızıdır, uşaq evindən götürüb, mənim yanımda işləsin. Jurnalın əməkdaşı ona mətn korrektə etməyi tapşırsa da, o, işi görməkdən imtina edib. Buna görə də işdən azad olunub. Məhz bundan sonra mənə böhtan atdılar ki, guya həmin azyaşlı qız uşağına əxlaqsız təklif etmişəm”.

F. Əhmədov əlavə edib ki, məsələ ilə bağlı polisdə ifadə verib və bu gün Yasamal Rayon Məhkəməsinə müraciət edib.

***

saat 18.09

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda daha bir baş redaktor seksual hərəkətlərə yol verməkdə ittiham edilir.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azərbaycan Nəşriyyatının inzibati binasında qeydə alınıb.

“Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədov, 2001-ci il təvəllüdlü 7-ci sinif şagirdi A.Ş.-yə qarşı seksual hərəkətlər etməkdə təqsirli bilinir.

Məktəbli qızın “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru olan anası hadisə barədə polisə ərizə ilə müraciət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR