«Günəşli» yatağında yeni quyu istismara verilib

«Günəşli» yatağında yeni quyu istismara verilib
# 04 iyul 2013 15:02 (UTC +04:00)

Bakı. Aynur. Əliyeva – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında yeni quyu istismara verilib.

ARDNŞ-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 2 967-2 936 metr intervaldan sutkalıq 70 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu ARDNŞ-in «28 May» adına NQÇİ-nin sifarişi ilə qazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR