Qaxda Qarabağ əlili yaşadığı mənzili yandırıb - VİDEO

Qaxda Qarabağ əlili yaşadığı mənzili yandırıb - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2013 20:12 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunda Qarabağ əlili yaşadığı mənzili yandırıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax şəhəri Balid Eyvazov küçəsində, Qarabağ müharibəsi və şəhid ailələri üçün tikilmiş 2 mərtəbəli yaşayış binasında baş verib. 1975-ci il təvəllüdlü Qax şəhər sakini, Qarabağ müharibəsi əlili Qadaşov Sahib Sabir oğlu yaşadığı mənzildə içkili vəziyyətdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı sahəsi 60 kv.m. olan mənzilə benzin tökərək evə od vurub, özü isə pəncərədən tullanıb. Pəncərədən tullanarkən ayağı sınan Sahib Qadaşov Qax mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-nin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı FHN Qax Dövlət Yanğından Mühafizə Hissəsində və Qax Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR