Ədliyyə naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Ədliyyə naziri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 05 mart 2014 08:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempellə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması barədə məlumat verib.

Görüşdə əməkdaşlığın perspektivləri, habelə inzibati ədliyyə, müasir məhkəmə və penitensiar infrastrukturun yaradılması, hakimlərin tədrisi və s. məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR