Azərbaycan banklarının xarici öhdəlikləri ötən il 35% artıb

Azərbaycan banklarının xarici öhdəlikləri ötən il 35% artıb
# 07 fevral 2014 08:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi ötən il 1 066,6 mln. manat və ya 34,7% artaraq 2014-cü il yanvarın 1-nə 4 140,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayında xarici öhdəliklərin həcmi 329,5 mln. manat və ya 8,7% artıb:

Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 2 298,2 mln. manat təşkil edib və bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 282,1 mln. manat və ya 14,0% çoxdur. Eyni zamanda, ötən ilin dekabr ayında 186,9 mln. manat və ya 7,5% azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR