Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Multikulturalizm məsələləri seçicilərin əhval-ruhiyyəsinə də təsir edir”

Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Multikulturalizm məsələləri seçicilərin əhval-ruhiyyəsinə də təsir edir”
# 31 oktyabr 2013 16:02 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. “Multikulturalizm problemləri bütün dünya ölkələrinin demokratik və sosial institutlarına güclü təsir göstərir”.

APA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, multikulturalizm problemlərinin həll olunmaması dəyərlər sisteminin və hətta sosial quruluşun böhranı təhlükəsini doğurur: “Bu gün multikulturalizm məsələləri seçicilərin əhval-ruhiyyəsinə, müxtəlif ölkələrdə cərəyan edən iqtisadi proseslərə təsir edir. Belə ki, insanların rifah səviyyəsi daha yüksək olan ölkələrə axını həm mədəni, həm də iqtisadi və sosial problemlər yaradır”.

M.Şvıdkoy bu cür problemlərin müzakirəsi üçün Bakı Beynəlxalq Humanitar Forumu kimi platformaların əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR