İraq «Azerspace»in xidmətlərindən istifadə etmək istəyir

İraq «Azerspace»in xidmətlərindən istifadə etmək istəyir
# 28 dekabr 2013 11:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanla İraq arasında diplomatik əlaqələr uzun müddətdir qurulub və rəsmi Bağdad bu münasibətlərin daha da inkişaf etdirilməsinə maraq göstərir. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu «Rabitə dünyası»na müsahibəsində İraqın vilayətlərlə iş üzrə dövlət və rabitə naziri əvəzi Torhan Müdhir Həsən əl-Müfti bildirib.

«Eyni zamanda, ölkəmiz Azərbaycanın İKT sahəsində həyata keçirilən layihələrlə də maraqlanır. Məsələn, İraq milli peykə malik olmaqla bağlı layihə üzərində işləyir. Amma bu proses təxminən 2-3 il vaxt tələb edə bilər. Layihə reallaşana qədər isə Azərbaycanın telekommunikasiya peyki «Azerspace»in xidmətlərindən bizim istifadə imkanlarımızın araşdırılması çox mühümdür. Peykin əhatə dairəsinə daxil olan ölkə kimi biz də bu imkanlardan yararlanmaq istəyirik», - deyə İraq naziri qeyd edib.

İraqın dövlət rəsmisi hesab edir ki, Azərbaycanla İraqın bütün sahələrdə münasibətləri daha da irəli getməlidir. O, həmçinin informasiya-kommunikasiya texnologiyaları sahəsində qurulan əməkdaşlıqdan, eləcə də bu sahədə beynəlxalq münasibətlərdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR