Bakıda poliklinikada yanğın olub

Bakıda poliklinikada yanğın olub
# 30 aprel 2014 07:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda poliklinikada yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasının ümumi sahəsi 30 kvadratmetr olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR