Ziyad Səmədzadə: «Azərbaycanda kiçik sahibkarlığın strukturu təkmilləşdirilməlidir» - FOTO

 Ziyad Səmədzadə: «Azərbaycanda kiçik sahibkarlığın strukturu təkmilləşdirilməlidir» - <span style="color: red;">FOTO
# 17 mart 2014 08:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. «Azərbaycanda kiçik sahibkarlığın strukturu təkmilləşdirilməlidir. Dövlət bu sahəyə xüsusi diqqət ayırır. Regionlarda kiçik sahibkarlıqla bağlı rəqəmlər fərqlidir. Əhalisi 60-70 min olan regionlarda kiçik sahibkarlıqla məşğul olanların sayı 250-300-ə bərabərdir».

«APA-Economics»in məlumatına görə, bunu Bakıda «Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən tədbirdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.


Z.Səmədzadə qeyd edib ki, ölkədə kiçik sahibkarlığın inkişafı üçün böyük potensial mövcuddur: «İnzibati Xətalar Məcəlləsi, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyinin qeyd edilən sahədə gördüyü işlər bu sahədə fəaliyyət göstərənlərin sayının artmasına yardım edəcək. Kiçik sahibkarlığa dövlət dəstəyi, eləcə də geniş maarifləndirmə sayəsində bu sahə gələcəkdə daha da inkişaf edəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR