Təhsil Şurasının sədri: “Ali məktəbə qəbulun testlə aparılması məzunların dünyagörüşünü azaldır”

Təhsil Şurasının sədri: “Ali məktəbə qəbulun testlə aparılması məzunların dünyagörüşünü azaldır”
# 22 noyabr 2013 09:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda ali məktəbə qəbulun testlə aparılması məzunların dünyagörüşünü azaldır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun təsis yığıncağında çıxışı zamanı deyib. O bildirib ki, ali məktəbə hazırlaşan abituriyentin dünyagörüşü də yüksək olmalıdır. Ə. Ağayev qeyd edib ki, bu məsələdə orta məktəb dərsliklərinin də müəyyən günahı var: “Bu məsələyə diqqətlə və məsuliyyətlə yanaşılmalıdır. Hazırda dərsliklərin elmi redaktoru yoxdur. Dərsliklərin kimlər tərəfindən yazılması, redaktə edilməsi, eksperimentdən keçirildikdən sonra tətbiq edilməsi vacib məsələdir. Bir adam 3-5 dərslik müəllifidir və bu da heç bir dünya praktikasında yoxdur. Dərsliklərlə bağlı bu və digər problemlər həll edilməlidir”.

Ə. Ağayevin sözlərinə görə, bu gün ölkənin təhsil sistemində psixologiya, fiziologiya üzrə institut yoxdur: “Heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan dərsliklər hazırlanır ki, bu da sonradan müəyyən problemlər yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR