Kaliforniyada naməlum şəxs 7 nəfəri yaralayıb

Kaliforniyada naməlum şəxs 7 nəfəri yaralayıb
# 26 noyabr 2013 10:09 (UTC +04:00)

Bakı - APA. Naməlum şəxs Kaliforniya ştatının Oklend şəhərində piyadalara atəş açıb. APA-nın “Inside Bay Area” nəşrinə istinadən verdiyi xəbərə görə, nəticədə 7 nəfər yaralanıb.

Hadisə “Verdes Karter” parkın yaxınlığında qeydə alınıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətləri haqqında məlumat yoxdur. Polis hadisə yerini mühasirəyə alıb. Şübhəli qismində saxlanılanların olub-olmadığı barədə açıqlama verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR