Bakıda İsveçrənin Milli Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub - FOTOSESSİYA

Bakıda İsveçrənin Milli Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 01 avqust 2013 20:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda İsveçrənin Milli Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub. APA-nın məlumatına görə, xarici ölkələrin səfirlərinin, ictimai və siyasi xadimlərin də iştirak etdiyi tədbir Azərbaycanın və İsveçrənin dövlət himnlərin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən İsveçrənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Paskal Aebişer bildirib ki, qitələrin kəsişməsində yerləşən Azərbaycanda öz ölkəsini təmsil etdiyinə görə məmnunluq hissi keçirir: “Bu gün mən sizlərə Azərbaycanla İsveçrə arasında olan uzunmüddətli güclü əlaqələrindən irəli gələn xoş hisslərimi çatdırmaq istəyirəm. Ölkələrimiz arasında keçirilən müxtəlif səviyyəli görüşlərdə aktual məsələlər müzakirə olunur və bu görüşlər əlaqələrimizi dərinləşdirmək üçün zəmin yaradır”.

İqtisadi əlaqələrə toxunan səfir bildirib ki, İsveçrə şirkətləri üçün Azərbaycan çox ümidverici bir bazardır. Onun sözlərinə görə, bu faktın ən bariz nümunəsi ən azı 16 bütün dünyada tanınmış İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsidir: “İyun ayının sonlarında “Şahdəniz” konsorsiumu qazın Azərbaycandan Avropaya nəqli üçün TAP layihəsini seçdi. Bu qərar bizi artıq dərəcədə sevindirir, çünki İsveçrə şirkəti bu layihədə əsas rollarından birini oynayır”.

Daha sonra çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirin müavini Nizami Səfərov hökumət və dövlət başçısı adından İsveçrə xalqını Milli Günü münasibəti ilə təbrik edib: “İsveçrə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr qarşılıqlı hörmət və etimad əsasında inkişaf edir. Siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi, şübhəsiz, dövlət başçıların əməkdaşlığa verilən önəmdən irəli gəlir. Bu baxımdan Azərbaycan və İsveçrə dövlət başçılarının ölkələrimizə etdiyi səfərləri də böyük əhəmiyyət daşıyır”.

Çıxışlardan sonra qonaqlar İsveçrə mətbəxinin ləziz təamlarından, İsveçrənin məşhur pendir və şokolad növlərindən dadıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR