Həbsxanada məhkumdan qadağan olunmuş əşyalar götürülüb

Həbsxanada məhkumdan qadağan olunmuş əşyalar götürülüb
# 15 may 2014 14:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsxanada məhkumdan qadağan olunmuş əşyalar götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.2; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Ayaz Vahid oğlu Allahverdiyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Bu zaman kameranın istilik borusunda düzəldilmiş gizli saxlanc yerindən daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR