Fuad Qəhrəmanlı: “Kimsə Əli Kərimlinin söylədiyi doğrunu qəbul etmirsə, bu artıq onun əqli problemi ilə bağlı olan məsələdir”

Fuad Qəhrəmanlı: “Kimsə Əli Kərimlinin söylədiyi doğrunu qəbul etmirsə, bu artıq onun əqli problemi ilə bağlı olan məsələdir”
# 14 aprel 2014 11:10 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı partiyanın sədri Əli Kərimli və sədr müavini Nurəddin Məmmədlinin fikirləri ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli Ukrayna hakimiyyətinin qətiyyətsizlik nümayiş etdirdiyini bildirib, Ukrayna hakimiyyətini Rusiya təhlükəsinə qarşı birliyə və qətiyyət göstərməyə çağırıb. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə bildirib ki, Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı.

F. Qəhrəmanlı deyib ki, Ə. Kərimlinin fikirləri doğrudur. Onun sözlərinə görə, həqiqəti söyləyənləri günahlandıranlar artıq özlərinin məsələyə obyektiv yanaşmaq imkanında olmadıqlarını göstərirlər: “Əli Kərimli Ukraynanın Şərq əyalətlərində baş qaldırmış separatizmə qarşı Ukrayna hakimiyyətinin sakit və qətiyyətsiz davranışını tənqid edib. Zaman göstərdi ki, Əli Kərimli doğru fikir söyləyib. Proseslərdən məlumatlı olan şəxslər bilir ki, Ukraynanın vətəndaş cəmiyyəti də mövcud hakimiyyətdən qətiyyətli davranmağı tələb edib. Hətta bununla bağlı Maydana toplaşanlar hakimiyyətə ultimatum da veriblər ki, anti-terror əməliyyatlarına başlanılsın. Yəni, bu Ukrayna cəmiyyətində də səslənən fikirlər idi və Əli Kərimli də bu cür düşünmüşdü. Bu gün artıq məlumdur ki, Ukraynanın Şərq əyalətlərində mövcud hakimiyyət tərəfindən anti-terror əməliyyatlarına başlanılıb. Ona görə də hesab edirəm ki, bu məsələ ətrafında polemikaya ehtiyac yoxdur, həqiqət ortadadır”.

Onu da bildirək ki, Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı APA-ya açıqlamasında Ə. Kərimlinin fikirlərini absurd adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR