Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 iyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 iyun - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 17:16 (UTC +04:00)

Bakı-APA. İŞİD növbəti hədəfini açıqlayıb. İstanbulun fəthi. Deyəsən, İraqı ildırım sürəti ilə nəzarətinə götürməsi, minlərlə günahsız mülki şəxsi qətlə yetirməsi İŞİD silahlılarını ruhlandırıb, onlar artıq İstanbulun fəthi barədə düşünürlər. Ruslar demişkən, “meçtat ne vredno”, yəni, arzulamaqdan zərər gəlməz, nə qədər istəyirlər, xəyala dalsınlar. Amma məsələ terrorçuların İstanbulu hədəf göstərməsində deyil, məsələ İŞİD-in hər vəchlə Türkiyəni İraqdakı cəhənnəm burulğanının mərkəzinə çəkməkdir. 10-dək diplomatik nümayəndəliyin yerləşdiyi küçədə tək Türkiyə konsulluğunun binasını ələ keçirmək, türk diplomatlarını girov götürmək bu məqsədə hesablanıb. Türkmən bölgələrində soyqırımı törətmək bu məqsədə hesablanıb. Türkiyə əleyhinə ard-arda bəyanatlar vermək bu məqsədə hesablanıb. İstanbulun fəth ediləcəyini bəyan etmək buna hesablanıb. İŞİD-in Türkiyəyə və türklərə qarşı fəaliyyəti Ankaranın bu terror təşkilatını uzun illər pul və silahla təmin etdikdən sonra dəstəyi geri çəkməsi ilə əsaslandırılsa da, məncə, bu yalnız aysberqin görünən tərəfidir. İŞİD bir vasitədir, Türkiyəni bu qruplaşmanın əli ilə cəhənnəm qazanına doğru çəkmək istəyənlər bölgədə türk varlığını silmək istəyən dövlətlərdir. Hansı dövlətlər? Cavab aydındır - İraqın yenidən qurulması dönəmində türkmənləri həmişə süfrədən kənarda qoyan kimdirsə, bu gün Türkiyəni burulğanın mərkəzinə çəkmək istəyən də odur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR