Bakıda moldovalı fotoqraf Mixay Potırnikenin əsərlərindən ibarət sərgi açılıb

Bakıda moldovalı fotoqraf Mixay Potırnikenin əsərlərindən ibarət sərgi açılıb
# 30 aprel 2014 08:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 29-da Bakıdakı “Qalereya 1969” sərgi salonunda Azərbaycanda Moldova Mədəniyyəti Günləri çərçivəsində moldovalı fotoqraf Mixay Potırnikenin əsərlərindən ibarət sərgi açılıb.

APA-nın məlumatına görə, sərgidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova ilə Azərbaycan arasında mədəni əlaqələrdən danışıb, Azərbaycanda mütəmadi mədəniyyət tədbirləri keçirildiyini qeyd edib.

Nazir qeyd edib ki, mədəniyyət günləri çərçivəsində Bakı sakinləri Moldova mədəniyyəti ilə yaxından tanış olacaqlar.

Sərgidə Moldovanın mədəniyyət naziri Monika Babuk çıxış edərək, ənənəvi mədəniyyət günlərinin son 10 ildə Azərbaycanda artıq dördüncü dəfə keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, sərgidə 30-dan çox fotoşəkil nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR