Bakı klubunun “Çelenc Cup”da növbəti rəqibi sabah bilinəcək

Bakı klubunun “Çelenc Cup”da növbəti rəqibi sabah bilinəcək
# 18 noyabr 2013 14:40 (UTC +04:00)

Bakı-APA. Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin püşkatmasının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III mərhələni uğurla adlayan Bakının ABU klubunun növbəti rəqibi sabah bilinəcək. Noyabrın 19-da atılacaq püşk 8 cütə aydınlıq gətirəcək.


Artıq 1/8 finalın bütün iştirakçıları da müəyyənləşib. Bu isə o deməkdir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU-nun 15 potensial rəqibinin adı bəlli olub.

Belə ki, Yunanıstanın “QAS Meqas Aleksandros” klubunu iki oyunun cəmində 60:39 (32:21 və 28:18) məğlub edən bakılılar kimi daha 8 komanda III mərhələni uğurla adlayıb. Bunlar “Dnepyanka” (Ukrayna), “Naisa-Niş” (Serbiya), “Slaviya” (Çexiya), “Maltəpə” (Türkiyə), “Biqanos-Beqles” (Fransa), “Bazel” (İsveçrə), “Kollecio de Qaya” (Portuqaliya), “Hoor” (İsveç) klublarıdır.

Onlardan başqa, daha 7 komanda 1/8 finalda iştirak edəcək. Bunlar mübarizəyə birbaşa bu mərhələdən qoşulacaq “İssi” (Fransa), “Ardesen” (Türkiyə), “Sokol” (Çexiya), “Jelina” (Xorvatiya), “Qaliçanka” (Ukrayna), “Quintus” (Hollandiya) və “Millenium” (Serbiya) klublardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR