Azərbaycan – Portuqaliya matçının hakimləri açıqlanıb

Azərbaycan – Portuqaliya matçının hakimləri açıqlanıb
# 14 oktyabr 2013 12:14 (UTC +04:00)

Bakı - APA. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avro-2015-in seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşü finlandiyalı ədalət təmsilçiləri idarə edəcək.


Belə ki, qarşılaşmanın baş hakimi 31 yaşlı Antti Munukka olacaq. Ona Matii Heyninen və Yan-Peter Aravirta kömək edəcəklər. Görüşün dördüncü hakimi isə Mattias Gestraniusdur.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu sabah “Bayıl Arena”da keçiriləcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR