Yoxlama: «Sultan» restoranında köhnə yeməklər müştərilərə yeni hazırlanmış qida kimi təklif olunub - FOTOSESSİYA - VİDEO

Yoxlama: «Sultan» restoranında köhnə yeməklər müştərilərə yeni hazırlanmış qida kimi təklif olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 noyabr 2013 13:12 (UTC +04:00)

Komitənin mətbuat xidmətidən «APA-Economics»ə verin məlumata görə, araşdırma zamanı müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulduğu, natəmizlik hökm sürdüyü müəyyən edilib.

Məlumata görə, müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur. Həmçinin, bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, «Şuba» salatı, «Mimoza» salatı, səbzi qovurma yeməklərindən nümunə götürülüb, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR