Avropa Şurasının binası qarşısında ukraynalıların etiraz aksiyası keçirilir - FOTO

Avropa Şurasının binası qarşısında ukraynalıların etiraz aksiyası keçirilir - <span style="color: red;">FOTO
# 30 yanvar 2014 09:46 (UTC +04:00)

Strasburq. Şamil Əlibəyli - APA. Avropa Şurasının binası qarşısında Fransada yaşayan ukraynalıların etiraz aksiyası keçirilir. APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçılar prezident Viktor Yanukoviçin siyasətinə qarşı çıxış edirlər.

Hazırda aksiyada 20-30 nəfər iştirak edir, lakin iştirakçıların bildirdiyinə görə, aksiyanın daha geniş miqyaslı olacağı gözlənilir. Onlar deyirlər ki, günorta saatlarında aksiyaya Ukraynada baş verən hadisələrə biganə qalmayan fransızlar və ukraynalılarla ailə quran azərbaycanlılar da qoşula bilər.

Aksiya iştirakçıları Yanukoviçin hakimiyyətdən getməsi ilə bağlı tələb irəli sürüblər.

Qeyd edək ki, bu gün AŞPA-da Ukrayna hadisələrinə dair dinləmələrin keçirilməsi və qətnamə qəbul olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR