İspaniya Azərbaycanda diplomatik nümayəndəlik açır

İspaniya Azərbaycanda diplomatik nümayəndəlik açır
# 19 noyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin Avropa Xarici Siyasət Xidməti və İspaniya arasında AB-nin Azərbaycandakı nümayəndəliyində bu ölkənin diplomatik təmsilçiliyinin yaradılmasına dair qarşılıqlı anlaşma Memorandumu imzalanıb. APA-nın xəbərinə görə, Memoranduma Avropa Xarici Siyasət Xidmətinin icraçı baş katibi Pyer Vimont və İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonsalo de Benito imza atıb.

Xatırladaq ki, İspaniya daha öncə Azərbaycanda diplomatik nümayəndəlik yaratmaq niyyətini bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR