Ukrayna Avropa Birliyinə qoşulmağa müraciət etməyə hazırlaşır

Ukrayna Avropa Birliyinə qoşulmağa müraciət etməyə hazırlaşır
# 18 mart 2014 21:32 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədin mətni hələlik Radanın saytında dərc olunmayıb.

Məlumata görə, sənədin müəllifləri “Batkivşina” fraksiyasından olan deputatlar Vladimir Poloçaninov və Gennadi Zubko, və fraksiyadan kənar deputat Andrey Pavelkodur.

Qeyd edək ki, bundan əvvəl Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Ukraynanı Avropa Birliyinə qəbul etməyi təklif edib. Fevralın sonunda Avropa Parlamenti Ukraynanın AB-yə üzvlüyünün mümkünlüyünü nəzərdə tutan qətnamə qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR